Smart Systems Technology şirkəti 19 noyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmişdir.
Smart Systems Technology MMM, bank və maliyyə strukturlarının fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş mürəkkəb proqram komplekslərinin yaradılması, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi, qurulması və məlumatların ötürülməsi (data transfer) xidmətlərinin göstərilməsi, optik kanallar və WIFI texnologiyaları üzərindən VoIP və video-müşahidə sistemlərinin qurulması və tətbiqi, sistem inteqrasiyası, kommunikasiya avadanlıqlarının satılması və quraşdırılması, genişzolaqlı internet provayder və ADSL xidmətlərinin göstərilməsi ilə məşğul olur.
Şirkətin fəaliyyətinin əsas məqsədlərindən biri, bütün fəaliyyət sahəsində keyfiyyət amilinin ön planda tutulması, müştəri məmnuniyyətinin prioritet vəzifə qəbul edilməsidir. Bunun üçün Şirkətin qəbul etdiyi Keyfiyyət Siyasətinin və Keyfiyyət üzrə Beynəlxalq Standartın tələbləri tam və dəqiq yerinə yetirilməkdədir.
Şirkətin fəaliyyət sahəsinə uyğun olaraq daima inkişaf etmək, xidmət sahəsini genişləndirmək, əməkdaşlarımızın peşəkarlığını təmin etmək, müştərilərin və tərəfdaşların sayını hər il ötən ilə nisbətən daha da artırmaq, İKT və Proqram Təminati sahəsində sağlam rəqabət mühitinin yaranmasında aktiv iştirak edərək “liderlik” imicini qazanmaq əsas məqsədlərimizdəndir.
Smart Systems Technology MMM şirkətinə, Respublika ərazsində məlumatların ötürülməsi (data transfer) xidmətlərinin göstərilməsi üzrə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən lisenziya verilmişdir.